Prezident domen adları ilə bağlı qanuna dəyişikliyi imzaladı

SOSİAL 11 avq 2020, 17:20

Prezident İlham Əliyev "Telekommunikasiya haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

 

Demokrat.az xəbər verir ki, dəyişiklik layihəsinə əsasən, qanuna iki yeni maddə təklif olunub.

 

1.0.20 maddəsinə əsasən, domen adlarının milli inzibatçısı- “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir.

 

7.10-1 maddəsinə əsasən, “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarını qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adının milli inzibatçısı tərəfindən müəyyən ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top