ÜST: "Koronavirus mövsümi xəstəlik deyil" — VİDEO

DÜNYA 11 avq 2020, 16:13

Yeni növ koronavirusun törətdiyi xəstəliyin mövsümi olmasına dair hər hansı əlamət, yaxud dəlil yoxdur.


Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi Maria Van Kerkhova Brifinq zamanı deyib. Təşkilat rəsmisinin sözlərinə görə hər gün haqqında yeni informasiya aldığımız virus aramızda dolaşmaqda davam edir. Bu səbəbdən ölümlərin qarşısını almaq üçün əlmizdən gələni etməliyik. Ekspert həm hökumətlərin tövsiyələrinə əməl etməyin, həm də şəxsən təhlükəni azaltmağa yönələn addımlar atmağın vacib olduğunu da vurğulayıb.
 

Ümumdünya Səhiyyə Təşkilatı həmçinin dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayının 19,7 milyon nəfəri ötdüyünü elan edib. Son sutkada dünyada COVID-19-a 254 minə yaxın yoluxma qeydə alınıb. Belə ki, son 24 saat ərzində dünyada koronavirusa 253 409 yoluxma qeydə alınıb, 5 719 nəfər həyatını itirib.
 

Bununla da dünyada koronavirusa yoluxanların sayı 19 718 030 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 728 013 nəfər təşkil edir.
 

Baku.tv-nin hazırladığı reportajı təqdim edirik:

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top