Nazirlikdə gənc rejissora yüksək vəzifə verildi — FOTO

SOSİAL 11 avq 2020, 14:37

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Rüfət Həsənovu Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edib.


“MediaPost”un əldə etdiyi məlumata görə, rejissor Rüfət Həsənov bu günədək "Debüt" studiyasının direktoru vəzifəsində çalışıb. 


O, 24 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə ÜDKİ rejissor və ssenaristlər üçün ali kursları bitirib. 


Xatırladaq ki, dünən Kinematoqrafiya şöbəsinin müdiri Məmmədov Cahangir Tokay oğlu yaş həddi ilə əlaqədar vəzifədən azad edilib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top