Putinin qızı koronavirusa qarşı peyvənd olundu

DÜNYA 11 avq 2020, 13:09

Rusiya Prezidenti Vladimir Putin qızının yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunduğunu açıqlayıb.


Demokrat.az xəbər verir ki, bu barədə o, hökumət üzvləri ilə keçirdiyi iclasda bildirib.


Qızlarından birinin COVID-19-a qarşı peyvənd olduğunu qeyd edən V. Putin vurğulayıb ki, birinci peyvənddən sonra onun hərarəti 38 dərəcə olub, növbəti gün isə 37-dən bir az çox olub.


Qeyd edək ki, bu gün Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 virusuna qarşı peyvənd qeydiyyatdan keçib. Koronavirusa qarşı peyvəndin qeydiyyatdan keçdiyini Rusiya Prezidenti elan edib.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top