Bakıda küçə itləri üçün 21 min manata bu yemlərdən alınacaq — SİYAHI

SOSİAL 11 avq 2020, 13:22

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.


Yeniavaz.com-un məlumatına görə, tender müsabiqəsinin qalibi “İdeal-El” MMC (VÖEN-3800444381) olub. Müsabiqənin şərtinə görə Mənzil-Kommunal Təsərrüfatı Departamenti “İdeal-El” MMC-dən sahibsiz itlər üçün hazır yemlər alacaq və bunun üçün 20 min 800 manat vəsait ödəniləcək.


Qeyd edək ki, sahibsiz itlər üçün alınacaq hazır yemlərə aşağıdakılar daxildir:


1. Chappi (böyük itlər üçün 15 kq. kisədə) – 6150 kiloqram


2. Pedigree (küçüklər üçün 600 qr. kisədə) – 30 kiloqram


3. Pedigree (böyüklər itlər üçün 600 qr. kisədə)  –  30 kiloqram


4. Pedigree (küçüklər üçün 13 kq. kisədə) – 1040 kiloqram


5. Pedigree (böyük itlər üçün 13 kq. kisədə) – 650 kiloqram


Məlumat üçün qeyd edək ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının "Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında" 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanı kimi yaradılıb. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top