Çindən gələn həkimlər Respublika Klinik Xəstəxanasında oldu

SOSİAL 11 avq 2020, 12:27

Çindən Azərbaycana gələn tibb ekspertləri Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olub.


Bu barədə Demokrat.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 


Qeyd olunub ki, ekspertlər qeyri-COVID xəstəxanasında stasionar və poliklinik şöbələrdə yaradılan şəraitlə, pasiyentlərin qəbulu prosesi, xəstələrin çeşidlənməsi və payız-qış mövsümünə hazırlıqla tanış olublar. 


Eyni zamanda TƏBİB-in mütəxəssisləri ilə praktiki və nəzəri fikir mübadiləsi aparılıb.


Qeyd edək ki, avqustun 4-də Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizədə yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparılması məqsədilə Çin hökuməti bir qrup tibbi eksperti ölkəyə göndərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top