"Mançester Yunayted" Bruno Fernandeşin qolu ilə yarımfinalda — VİDEO

İDMAN 11 avq 2020, 10:07

Almaniyada UEFA Avropa Liqasının 1/4 final oyunlarından 2-si yekunlaşıb.

 

Demokrat.az xəbər verir ki, İngiltərənin "Mançester Yunayted" komandası isə Kölndə Danimarka "Kopenhagen"i ilə üz-üzə gəlib. Əsas vaxt qolsuz yekunlaşıb. Nəticədə əlavə vaxt təyin olunub. Görüşün taleyini 95-ci dəqiqədə "qırmızı şeytanlar"ın yeni transferi Brunu Fernandeşin penalti qolu həll edib - 1:0.


Avqustun 17-də Düsseldorfda keçiriləcək ikinci yarımfinal görüşündə "İnter" və "Mançester Yunayted" üz-üzə gələcək.(offsideplus.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top