Sumqayıtda mağaza yandı

HADİSƏ 11 avq 2020, 09:51

Sumqayıtda mağazada yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 35 m² olan mağazanın sanitar otağında hava təmizləyici qurğu və su sayğacı yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 1 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top