Mərkəzi Bank tam üzən məzənnəyə nə vaxt keçir? — Deputat açıqladı

İQTİSADİYYAT 11 avq 2020, 09:20

Manatın tam üzən məzənnəyə keçməsi gec-tez olmalıdır. Bəlkə də pandemiya araya düşməsəydi, Mərkəzi Bank və Nazirlər Kabineti artıq müəyyən addımlar atmış olacaqdı. Amma birbaşa keçid olsa, bizim sahibkarlar, eləcə də əhali bir sıra problemlərlə üzləşə bilər.

 

Bunu deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, indiki vəziyyətdə tam üzən məzənnəyə keçid o qədər də asan məsələ deyil: “Pandemiya qurtarandan sonra vəziyyətə baxarıq. Mənə elə gəlir ki, hələlik Mərkəzi Bank da, hökumət də manatın məzənnəsinin hazırkı səviyyədə saxlanılmasının üzərində dayanıb”.

 

Vahid Əhmədov müəyyən müddətdən sonra milli valyutanın ABŞ dolları qarşısında dəyər itirmə ehtimalından da danışıb: “Əlbəttə, manatın taleyi bizi narahat edir. Çünki neftin qiyməti o qədər də yüksək deyil. Xüsusən də qeyri-neft sektorunda pandemiya ilə əlaqədar xeyli problemlər var. Cənab Prezident də qeyd etdi ki, yavaş-yavaş müəyyən istehsal sahələrində yumşalma gedəcək. Amma dolların manata nisbətdə dəyər qazanması da istisna deyil. Amma hökumət qabaqlayıcı addımlar atasa, bunun qarşısını ala bilər”.(axar.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top