"Deyirlər ki, niyə maşınını satıb müalicə olunmur? Vallah..." - Tünzalədən tənqidlərə cavab

MARAQLI 28 sen 2018, 17:27

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva son günlər ən çox müzakirə edilən mövzu olub.

 

Axşam.az-ın məlumatına görə, aktrisanın ipoteka krediti ilə götürdüyü evi üçün "Bizimləsən" verilişində pul istəməsi tənqid olunub. “Toppuş bacı” ona tutulan iradlardan danışıb:

 

“Deyirlər ki, niyə maşınını satıb müalicə olunmur? Maşınımın problemi hələ də həll olunmayıb. Bir ildir mən məhkəmələrdə qalmışam. Halal zəhmətlə qazandığım pulla maşın aldım, 1 ay sonra bəlli oldu ki, borcu var. Vallah, sata bilmirəm. Maşınım məhkəmədədir. Alınsa, niyə satmıram ki? Axırıncı məhkəməni udmuşam, satmağım isə yalnız oktyabrdan sonra mümkün olacaq”.

 

Qeyd edək ki, T.Əliyevanın “Hummer” markalı avtomobili var. Maşına borca görə həbs qoyulub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top