Bu ölkədə 100 gündür koronavirusa yoluxma qeydə alınmır

DÜNYA 10 avq 2020, 12:54

Yeni Zelandiya koronavirusa tamamilə qalib gələn ölkələrdəndir.


Demokrat.az “Haber Global”a istinadən xəbər verir ki, bu ölkədə sonuncu dəfə ölkə daxili yoluxma 1 mayda qeydə alınıb.


Baş nazir Yasinda Ardern buna baxmayaraq ikinci dalğa təhdidinin davam etdiyini söyləyib. 


O, yeni yoluxma hallarının hamısının xaricdən gələnlərdə qeydə alındığını bildirib.


Qeyd edək ki, 5 milyon nəfər əhalisi olan Yeni Zelandiyada 1 martdan etibarən fövqəladə vəziyyət elan edilmiş, 27 apreldə isə koronavirusa qalib gəldindiyi açıqlanmışdı.


Bu günə Yeni Zelandiyada qədər ümumilikdə 1569 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 22 nəfər vəfat edib, 1524-ü sağalıb. Hazırda 23 aktiv xəstə var ki, onların da hamısı digər ölkələrdən gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top