Bakıda motosikletçi qəza törətdi — Yaralı var

HADİSƏ 09 avq 2020, 23:08

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.


1997-ci il təvəllüdlü Mikayılov Mikayıl Mirzəbala oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton səkiyə çırpılıb. Hadisə zamanı M.Mikayılov müxtəlif bədən xəsarətləri alıb.


Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol ayağın yerdəyişən sınığı diaqnozu qoyulub.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top