"Tünzaləyə verilişimizdə olunan bu dəstəyə qısqanclıqla yanaşırlar" - Zaurun Xoşqədəmə cavabı

MARAQLI 28 sen 2018, 14:49
Aparıcı Zaur Baxşəliyevlə Xoşqədəm Hidayətqızı arasında illərdir davam edən qalmaqal bitmək bilmir.
 
Axşam.az-ın məlumatına görə, aparıcılar dəfələrlə verilişlərində ad çəkmədən bir-birinə söz atıb. X.Hidayətqızı "Səni axtarıram” proqramında əməkdar artist Tünzalə Əliyevanın evi üçün Zaurun "Bizimləsən”ində pul yığmasına söz atıb.
 
 
Zaurun ona cavabı gecikməyib. Aparıcı proqramında ad çəkmədən bunları deyib:
 
"Tünzaləylə bağlı söz-söhbət səngimir. Tünzaləyə verilişimizdə olunan bu dəstəyə qısqanclıqla yanaşırlar. "Niyə məhz bura gəldi” deyib, qısqanırlar. Bundan başqa formada istifadə etməyə çalışırlar. Buna əhəmiyyət vermirik. Dəyirman öz işini görər, çak-çak baş ağrıdar. Biz dəyirmanıq işimizi görürük. Çak-çaklar hər zaman var. Tünzalənin yanında olmaq lazımdır. Tünzalə xərçəng olmasa da, verilişə gəlib, xalqına evi üçün səslənəcəkdi”.
 
Zaur daha sonra X.Hidayətqızının proqramı haqda dediyi "Teleməkanın bir nömrəli verilişi” sözlərinə də cavab verib:
 
"Biz özümüzə "birinciyik, reytinqli, uğurluyuq” deyə bilmərik. Bizim üçün birinci olan mayaklar var. Bizim birinci olmağımıza çox var. Qarşımızda dövlət televiziyasının bizə bağışladığı möhürlənmiş şəxsiyyətlər var”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top