Həbib Nurməhəmmədov növbəti döyüşünə hazırlaşır — FOTO

İDMAN 09 avq 2020, 22:53

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov özünün “Instagram”dakı səhifəsində son məşqindən şəkil paylaşıb.


Demokrat.az xəbər verir ki, fotoda o və əmisi oğlu Abubakarın yorğunluqdan sonra dincəlmələri əks olunur.


"Hər şey plan üzrə gedir. 11 həftə qaldı. UFC 254-də görüşənədək", - idmançı yazıb. 


Qeyd edək ki, Həbib Nurməhəmmədov növbəti döyüşünü UFC 254 turnirində keçirəcək. O, amerikalı Castin Qetji ilə qarşılaşacaq.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top