Səfir müşahidəçilər missiyasına rəhbərlik edəcək

HADİSƏ 09 avq 2020, 17:19

Qazaxıstan Senatı deputatlarının seçki kampaniyası çərçivəsində MSK Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından beş müşahidəçi akkreditasiyadan keçirib.

 

Demokrat.az xəbər verir ki, Azərbaycan, Qırğızıstan, Özbəkistan və Türkiyənin Qazaxıstandakı səfirliklərinin nümayəndələri Senata keçiriləcək seçkiləri izləyəcəklər.
 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının müşahidəçilər missiyasına Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov rəhbərlik edəcək.
 

Qazaxıstan Xarici İşlər nazirinin müavini Yerjan Aşikbayev MDB, TDƏŞ, TÜRKPA və ŞƏT kimi beynəlxalq təşkilatlara seçkiləri müşahidə etmək üçün dəvət məktubları və müvafiq qeydlər göndərdiyini bildirib.
 

Xatırladaq ki, bu il iyunun 12-də Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev avqustun 12-də parlamentin yuxarı palatasına – Senata seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top