Zakir Həsənov generalla bağlı başsağlığı verdi

HADİSƏ 09 avq 2020, 14:09

Müdafiə Nazirliyi general Çingiz Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb.


Demokrat.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bağsağlığında deyilir:


Azərbaycan Ordusuna ağır itki üz verib. Uzun sürən xəstəlikdən sonra istefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlu 2020-ci il avqust ayının 9-da vəfat edib.


Ç.Məmmədov 15 fevral 1951-ci ildə Bakı şəhərində anadan olub.


1968-ci ildə Rostov Ali Hərbi Məktəbinə daxil olub. 1973-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib.


1981-ci ildə F.E.Dzerjinski adına Hərbi Akademiyaya daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Divizion komandiri, qərargah rəisi, strateji təyinatlı raket qoşunlarının alay komandiri vəzifələrində xidmət edib.


1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2003-cü ildən 2014-cü ilədək isə Müdafiə nazirinin müavini vəzifələrində xidmət edib. Ç.Məmmədov 2014-cü ildə ehtiyata buraxılıb.


Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək orden və medallarla təltif olunub və müxrəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı idi.


İstefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlunun əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.


ALLAH rəhmət eləsin!


Müdafiə naziri general-polkovnik Zakir Həsənov


Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov


general-polkovnik Kərəm Mustafayev


general-leytenant Kərim Vəliyev


general-leytenant Ramiz Tahirov


general-leytenant Nizam Osmanov.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top