Ermənistanda sutka ərzində daha 225 nəfər koronavirusa yoluxdu — 6 nəfər öldü

HADİSƏ 09 avq 2020, 15:26

Ermənistanda ötən sutka ərzində daha 225 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.


Demokrat.az-ın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, bununla da ölkədə COVİD-19-a yoluxanların sayı 40 410 nəfərə çatıb.
 

Sutka ərzində virusa yoluxanlardan daha 6 nəfər ölüb və bununla da ölənlərin sayı 791-ə yüksəlib. 


Koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı isə 228 nəfərdir.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top