Xalq artistinin qardaşı döyüldü — FOTOLAR

HADİSƏ 09 avq 2020, 12:23

Sumqayıtda Xalq artistinin qardaşını parkda döyüblər.


Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində parklardan birində baş verib.
1966-cı il təvəllüdlü İxtiyar Allahverdiyev və Vəlixan Səmədov naməlum şəxslər tərəfindən döyülüb. 


Hər iki şəxsə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində tibbi yardım göstərilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.


Qeyd edək ki, döyülənlərdən biri 54 yaşlı Vəlixan Səmədov Xalq artisti Əlixan Səmədovun qardaşıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top