ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan yeni PROQNOZ

DÜNYA 09 avq 2020, 11:38

ABŞ-da daha əvvəl beş prezidentin seçkilərdəki qələbəsini təxmin edən professor Allan Lixtman noyabrdakı seçkilərlə bağlı proqnozunu da açıqlayıb.


Demokrat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.


Alim qalibin müəyyən edilməsi üçün özünün “13 açar” sistemindən istifadə edir. Burada iqtisadiyyat, namizədin daşıdığı vəzifə, sosial narahatlıqlar və qalmaqallar kimi amillər nəzərə alınır. Bununla yanaşı, proqnozda namizədin nüfuzunun da rol oynadığı bildirilir.


“Sirr ümumi mənzərəni izləməkdən ibarətdir. Sorğulara, təhlillərə, reytinqin düşməsinə və s. kimi amillərə əhəmiyyət vermək lazım deyil”, - deyə A.Lixtman bildirib.


Professor vurğulayıb ki, noyabrdakı prezident seçkilərində hazırkı dövlət başçısı hakimiyyətini itirəcək.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top