Mingəçevirdə 3 ailənin yaşadığı ev yandı

HADİSƏ 08 avq 2020, 23:26

Mingəçevir şəhərində yanğın hadisəsi baş verib.


Bu barədə Demokrat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.


Qeyd olunub ki, şəhər ərazisində ümumi sahəsi 250 m² olan bir dam altında tikilən 3 ailənin yaşadığı birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, içərisində 1 ədəd paltar dolabı və tavan 5 m² sahədə yanıb.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top