Meşə yanğınlarını söndürən təyyarə qəzaya uğradı

DÜNYA 08 avq 2020, 19:53

Portuqaliya-İspaniya sərhəddində meşə yanğınlarına qarşı mübarizə aparan “Canadair CL-215” təyyarəsi qəzaya uğrayıb, pilot həlak olub.

 

“Report” xəbər verir ki, bu barədə “EFE” agentliyi məlumat yayıb.

 

İkinci pilot ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırma aparılır.

 

İyul ayının əvvəlindən etibarən İspaniyanın demək olar ki, bütün ərazisində güclü istilər mövcuddur. Nəticədə ölkənin bir neçə bölgəsində, o cümlədən Qalisiya və Madriddə meşə yanğınları baş verib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top