Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı təsdiq edildi

SOSİAL 08 avq 2020, 18:33

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 iyun tarixli 90 nömrəli qərarında dəyişiklik edilib.


Demokrat.az xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.


Qərara əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiq edilir

 
Kollegiyanın sədri


Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri


Kollegiyanın üzvləri:


Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müavinləri


Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri


Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının İstehsalat şöbəsinin müdiri


Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Müdafiə təyinatlı məmulatların yaradılması və elmi araşdırmalar şöbəsinin müdiri


Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi  Aparatının Hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri


Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Maliyyə və uçot şöbəsinin müdiri


Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru


Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Şərq İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top