Sumqayıt sakini faciəli şəkildə öldü

HADİSƏ 08 avq 2020, 18:41

Sumqayıtda 24 yaşlı gənc faciəli şəkildə ölüb. 


Demokrat.az xəbər verir ki, hadisə şəhərin Beşinci məhəlləsində baş verib. 


Belə ki, 1996-cı il təvəllüdlü Əliyev Şahin Allahyar oğlu yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb. 


Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. 


O, ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ancaq bütün müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb. 


Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırmalara başlanılıb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top