Azərbaycan nefti ucuzlaşdı

İQTİSADİYYAT 08 avq 2020, 11:58

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,84 ABŞ dolları, yaxud 1,81% azalıb.


Demokrat.az-ın xəbərinə görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 45,62 ABŞ dolları təşkil edib.


Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top