Yaxın qohumunun dəfnində iştirak edənlər üçün yeni qaydalar müəyyənləşdi

SOSİAL 07 avq 2020, 22:31
Sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlərdə yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər üçün yeni qaydalar müəyyənləşib. 
 
Demokrat.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb. 
 
Yeni qaydalara əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top