Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı — FOTO

SOSİAL 07 avq 2020, 20:08

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.


Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Demokrat.az-a verilən məlumata görə, bu gün 6872 koronavirus testi edilib. Onlardan 129-ü pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 773 051-ə çatıb. 


Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 261 nəfərdir. Onlardan 50 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

 

Hazırda ölkədə 3197 nəfər aktiv koronavirus xəstəsi var.

 

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı - Foto

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top