Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi

SİYASƏT 07 avq 2020, 21:00

AXCP sədri Əli Kərimlinin sürücüsü Paşa Umudova 4 il 6 ay həbs cəzası kəsilib.

 

Demokrat.az modern.az-a istinadən xəbər verir ki, avqustun 7-də Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanov onun haqqında belə hökm çıxarıb. Hökmə əsasən, Paşa Umudov CM-in 234.2 (narkotik maddə satışı) maddəsiylə təqsirli bilinib. Lakin P. Umudov bu ittihamla razılaşmayıb.

 

P. Umudovun vəkili Zibeydə Sadıqova "Azadlıq” radiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti verəcək.

 

Paşa Umudov 2019-cu il oktyabrın 16-da həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top