Fövqəladə hadisələrdə 28 nəfər ölüb — RƏSMİ

HADİSƏ 07 avq 2020, 21:52

2020-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 8274 təbii və texnogen mənşəli hadisə baş verib.


Demokrat.az FHN-ə istinadən xəbər verir ki, bu, 2019-cu ilin I yarımilliyi ilə müqayisədə 1133 hadisə və ya 16% çoxdur.


Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 28 nəfər ölüb, 107 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 13 nəfər xilas edilib, 299 nəfər təxliyə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top