Bakıda xanım sürücü qəza törətdi: Maşın dərəyə yuvarlandı — FOTO

HADİSƏ 07 avq 2020, 19:29

Bakıda Zabrat-Kürdəxanı yolunda avtomobil qəzası baş verib.

 

Oxu.Az xəbər verir ki, “KİA Optima” markalı avtomobil “Ravon” markalı avtomobilə çırpılıb.

 

Daha sonra KİA-nın sürücüsü idarəetməni itirib və maşın yolun kənarındakı dərəyə yuvarlanıb.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Dərəyə aşan avtomobilin xanım sürücüsü isə ətrafdakıların köməyilə nəqliyyat vasitəsindən çıxarılıb.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top