Gələn həftə insanlar koronavirus testindən keçib rayonlara gedə biləcək? — AÇIQLAMA

SOSİAL 07 avq 2020, 16:44

Bu gün müzakirə olunan məsələlərdən biri də rayonlara gediş-gəlişin təmin olunmasıdır. Son həftələr gündəlik yoluxanların sayı xeyli aşağı düşüb. Belə ki, dünən 144 nəfər koronavirusa yoluxub, 425-i isə sağalaraq evə buraxılıb. Yoluxanların sayı azalarsa, gələn həftədən vətəndaşlar koronavirus testindən keçib rayonlara gedə bilərmi?

 

Bununla bağlı KONKRET.az-a danışan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bu məsələ gündəmdə deyil: “Operativ Qərargahın brifinqində bununla bağlı suallar cavablandırıldı. Hazırda bu məsələ müzakirə olunmur. Növbəti mərhələdə bununla bağlı hansı qərar veriləcəksə, bu barədə Operativ Qərargah ictimaiyyətə açıqlama veriləcək. Ümumiyyətlə, bununla bağlı qərarı Operativ Qərargah verir”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top