"Amrah Bank" və "AG Bank"dan sonra "Expressbank"... — Bankın kartları bloklandı

SOSİAL 07 avq 2020, 13:17

Artıq bir neçə gündür ki, "Expressbank"ın plastik kartları "bloklanıb". Bununla bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olub. Şikayətlərə görə bankın müştəriləri mobil bankinqdən istifadə edə bilmir.

 

Demokrat.az xəbər verir ki, bankın “Express24” mobil əlavəsi ilə heç bir ödənişi etmək olmur. Belə ki, bir neçə gündür bankın mobil tətbiqində "card to card", balans artırma və kommunal ödənişlər etmək olmur.

 

Qeyd edək ki, məlum hadisə cari ilin aprel ayının 28-də lisenziyası ləğv edilmiş "Amrah Bank" və may ayının 12-də lisenziyası ləğv olunmuş "Ag Bank"da baş vermişdi.(kommersant.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top