“Azərpoct” MMC-yə — BANK XİDMƏTLƏRİNİ MÜASİRLƏŞDİRİN

SOSİAL 07 avq 2020, 11:18

Bələdiyyələrin hər birinin bank hesabının “Azərpoct” MMC-də açılması ötən ildən yerliözünidarəetmə orqanlarına tövsiyə olundu. Baxmyaraq ki, onların hər birinin digər bank sektorunun əsas simaları olan banklarda hesabı var idi.


Aydındı, başa düşüləndir. Dövlətin bir qurumudur, o da əməliyyat etməlidir. Və çoxsaylı işçilərinə əməkhaqq verməlidir və sair və ilaxır. Buna sözüm yoxdur. Sözüm “Azərpoct”dadır. Qısası, mən ümumiyyətlə dövlətin marağı naminə atılan hər bir addımı alqışlayıram. Lakin....


Bələdiyyələrdən daxil olan müraciətlərdən belə qənaətə gələ bilərik ki, “Azərpoct”da göstərilən xidmət səviyyəsi onları qane etmir. Həm operativlik sarıdan, həm yeniliklərin tətbiqi sarıdan. Bu günədək “Kapitalbank”ın zəngin təcrübəsindən, ən müasir xidmətlərindən yararlanan bələdiyyələr birdən birə təcrübəsi olmayan bir qurumla üz-üzə qalıb.


Nədən belə vəziyyət yaranıb? Bütün proseslər onlayn şəkildə edildiyi bir vaxtda nədən kağızdan istifadəyə son vermirlər. Yeni ideyaları, digər banklar kimi kreativ ideyaların tətbiqini sürətləndirmirlər. Yəni bir cəlbedicilik yaratmırlar. Başa düşürəm, təcrübə yoxdur. Amma bu təcrübəni qazanmaq üçün addımlar atılmalıdır axı. Bir yerdəki 1606 müştəri varsa, bunların da illik dövriyyəsi 35 milyon manat ətrafındadırsa, onda yeni müasir xidmətlər nə vaxt tətbiq olunacaq ki, bu müştərilər konkret olaraq “qaşmasınlar” və ya narazı qalmasınlar. Nəyi gözləyirik? Kimi gözləyirik?


Hər halda “Azərpoct”un tətbiq etdiyi “Şəbəkə” layihəsi şəxsən mənim ürəyimcə olub və məktub göndərişində yararlanıram və buna görə də onlara “sağ olun” deyirəm.


Hər halda “Azərpoct” rəhbərliyindən xahiş edirəm ki, bu qısa iradlardan sonra düşmən axtarışına yox, kreativ ideyaların tətbiqiylə bağlı axtarışa çıxsınlar və bələdiyyələrə daha gözəl və müasir xidmətlər təklif etsinlər.


Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İB sədri

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top