“TikTok”da ən çox qazananların adları açıqlandı

MARAQLI 07 avq 2020, 09:18

Amerikanın “Forbes” jurnalı “TikTok”un köməyi ilə daha çox qazanan istifadəçilərin siyahısını təqdim edib.


Demokrat.az xəbər verir ki, siyahıda birinci yeri ABŞ-ın Luiziana ştatından 19 yaşlı Edison Rey İsterlinq tutub. O, 12 ay ərzində “TikTok”un köməyi ilə təxminən 5 milyon ABŞ dolları qazanıb. Edison Rey İsterlinqin 54 milyondan çox abunəçisi var.


Qeyd edilir ki, o “American Eagle” geyim istehsalçısı və “Spotify” internet-xidməti ilə “TikTok” sayəsində razılaşmalar imzalayıb.


Siyahıda ikinci və üçüncü yerdə müvafiq olaraq Los-Ancelesdən (Kaliforniya ştatı) Çarli və Diksi D Amelio bacıları tutub. Birinci qız 4 milyon ABŞ dolları, ikinci isə 2,9 milyon ABŞ dolları qazanıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top