"29 sentyabr mitinqi başlanğıcdır" - Pənah Hüseyn

SİYASƏT 27 sen 2018, 19:33

"Qarabağın işğaldan azad edilməsi naminə keçiriləcək 29 sentyabr mitinqi sadəcə başlanğıcdır".


Demokrat.Az xəbər verir ki, Azərbaycanın sabiq Baş naziri, mitinqin təşkilat komitəsinin üzvü Pənah Hüseyn bildirib. 


Pənah Hüseyn deyib ki, erməni baş nazir Nikol Paşinyan Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistan torpağı kimi tanınması, beynəlxalq aləmdə legitimləşdirilməsi məqsədilə geniş kampaniya başladıb:


"Belə bir təhlükə var. Düzdür, regiondakı dəyişikliklər Qarabağın azad olunmasına da müəyyən şanslar yaradır. O baxımdan da Azərbaycan cəmiyyətində Qarabağla bağlı ciddi addımların atılması tələbiylə fikirlər səslənir və narahatlıqlar, həyəcan yaşanır. Ona görə də həm Azərbaycan iqtidarından öz konstitusion vəzifəsini yerinə yetirməsi, ölkənin ərazi bütövlüyünün bərpası yönündə real addımlar atması, həm də beynəlxalq aləmin bu problemə diqqətini çəkmək, Qarabağ münaqişəsini ciddi bir şəkildə gündəmə gətirmək, əhalinin Qarabağ ideyası ətrafında səfərbər olunması üçün belə bir mitinq keçirilir".


Sabiq Baş nazir qeyd edib ki, mitinqin təşəbbüskarları Qarabağ döyüşçüləri, məcburi köçkünlər, ictimai-siyasi fəallardır:


"Ancaq son məlumata görə, 15 partiya və təşkilat da mitinq ideyasını dəstəkləyir". 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top