Bill Qeyts koronavirusdan da qorxunc fəlakətdən xəbər verdi: "Pis ola bilər"

DÜNYA 07 avq 2020, 08:43

“Microsoft”un banisi Bill Qeyts nəticələri koronavirus pandemiyasının ziyanını üstələyəcək iqtisadi böhrandan xəbər verib.


O, ən yaxın bir neçə onillikdə planetin iqlim dəyişikliyinin səbəb olacağı qlobal böhranla qarşılaşacağını proqnozlaşdırır.


"Pandemiya nə qədər ağır olsa da, iqlim dəyişikliyi daha da pis ola bilər", - milyarder öz bloqunda yazıb.


Qeyts hesab edir ki, fəlakətdən qaçmaq üçün atmosferə istilikxana qazlarının tullantılarının miqdarını əhəmiyyətli dərəcədə azaltmaq lazımdır.

 
“Microsoft”un banisi koronavirus pandemiyası ilə ekoloji böhranın nəticələrini müqayisə edib. İnfeksiyadan ölüm sayı orta hesabla hər 100 000 əhaliyə 14 nəfər təşkil edib. Sahibkarın hesablamasına görə, yaxın 40 ildə Yerdəki yüksələn temperaturdan ölüm eyni sayda olacaq, 2100-cü ilə qədər isə bu rəqəm beş dəfə artacaq.(report.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top