Türkiyə Misir və Yunanıstan arasındakı razılaşmanı tanımadı

SİYASƏT 06 avq 2020, 22:01

Türkiyə dəniz sərhədlərinin müəyyənləşdirilməsi və səlahiyyət sahələrinin yaradılması ilə bağlı Misir və Yunanıstan arasında imzalanan sazişi qəbul etmir.

 

“Haber Global” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

 

Bildirilib ki, Yunanıstan və Misir arasında dəniz sərhədi yoxdur: “Bu gün imzalanan səlahiyyət sahələrinin yaradılması haqqında qondarma saziş bizim üçün etibarsızdır. Bu yanaşmamız ərazidə və masada ortaya qoyulacaq. Razılaşmada nəzərdə tutulan ərazi, BMT-yə də məlumat verildiyi kimi, Türkiyənin qitə şelfində yerləşir”, - deyə Türkiyə XİN-in yaydığı sənəddə bildirilir.

 

Həmçinin qeyd edilib ki, bu anlaşma ilə Liviyanın da haqları qəsb edilib: “Türkiyənin sözügedən ərazidə hər hansı bir fəaliyyətə icazə verməyəcəyi və Şərqi Aralıq dənizində ölkəmizin və Kipr türklərinin qanuni haqq və hüquqlarının qəti şəkildə müdafiə olunacağı şübhəsizdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top