Beyrutda toy çəkilişi zamanı partlayış anı lentə alındı — VİDEO

DÜNYA 06 avq 2020, 19:38

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın yeni videosu üzə çıxıb. 


Demokrat.az xəbər verir ki, videonu xarici televiziyalar yayıb. 


Məlumata görə, paytaxt küçələrinin birində yerli fotoqraf toy çəkilişi zamanı gəlini çəkərkən təsadüfən partlayış anını da lentə alıb.


Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 137 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb. 


 

“Report”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top