ABŞ səfirliyi gündəlik viza xidmətlərinə başlayır

SİYASƏT 06 avq 2020, 18:46

ABŞ səfirliyi və konsulluqları gündəlik viza xidmətlərini mərhələli şəkildə bərpa etməyə başlayıb.

 

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi “Facebook” səhifəsi vasitəsilə məlumat yayıb. 

 

Məlumatda deyilir:

 

“Tələbə vizalarına böyük üstünlük verilir və həm işçilərimizin həm də müştərilərimizin sağlamlığını qorumaq şərtilə tələbə vizası üçün müraciət edənlərə vaxtında kömək etmək üçün hər cür səy göstərəcəyik. Viza prosesinin bərpasına dair vaxtında məlumat almaq üçün bizim Facebook səhifəmizi izləyin”,- deyə məlumatda qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top