İlhamə Quliyevanın oğlu evsiz qaldı: "Kirayədə yaşayıram"

MARAQLI 27 sen 2018, 13:44

"Şou ATV” verilişinin növbəti qonağı mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirov olub.


 
O, müğənninin vəfat etməsindən sonra baş verənlərdən danışıb:


"Dünya malı dünyada qalır. Hələ heç kəs bu dünyadan özünə heç nə aparmayıb. Sultan Süleymana qismət olmayan dünya malı heç kəsə qismət olmur. Mən morqa gedəndə saat hardasa 1-2 olardı. Gedən getmişdi. Qayıdanda artıq əksəriyyət şeylər evdə yox idi. Ev adamla dolu idi. Qarışıqlıq idi. Mal-mülk hayında deyildim. Bilmədim kim nə götürüb. Müəyyən müddətdən sonra insan əlin atır ki, nəsə götürsün. Amma yox idi. 

 

Son dəfə rəhmətə getməmişdən əvvəlki gecə danışmışıq. Harada olduğumu soruşdu. Mən də dedim ki, şəhərdən kənardayam. Dedi, yaxşı, onda səhər görüşərik. Nə vardısa, üzdə idi. Amma nələrinsə rəhmətə getməsindən sonra itməsinə inam yox idi. Dəqiq bilmədim ki, evə kim girib, kim çıxıb. Çünki qarışıqlıq idi. Seyfdə olanlar elə seyfdən də çıxdı. Qalan gündəlik istifadə etdiyi zinyət əşyaları yox idi”.

 

Orxan bildirib ki, hazırda evsizdir və kirayədə yaşayır:

 

"Sürprizlər çox oldu. Ən böyük sürpriz isə hazırda kirayədə yaşamağımdır. Bu mövzudan artıq bezmişəm. Körpəlikdən onunla bir yerdə olmuşuq. Gözümü açanda onu görmüşdüm. Yəqin ki, özü istəyib götürmüşdü məni övladlığa. Özümü dərk edəndə artıq bilirdim övladlığa götürüldüyümü. Bu barədə heç kim deməmişdi. Evdəki vəziyyətdən özüm anlayırdım".
 


///Axşam.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top