İlham Məmmədzadə TOP 10 PR mütəxəssisləri siyahısına daxil edilib

MARAQLI 27 sen 2018, 12:58

Marketinghub media komandası Azərbaycanda fəaliyyət göstərən PR mütəxəssislərinin ölkə üzrə TOP-10 listəsini ictimaiyyətə açıqlayıb.

Bu araşdırma PR mütəxəssislərin gördükləri işlər, icra etdikləri vəzifələr və həyata keçirdikləri layihlərin ümumiləşdirliməsi nəticəsində əldə edilib. Azərbaycanın ən tanınmış 10 PR mütəxəssisi arasında Veysəloğlu şirkətində PR şöbəsinin rəhbəri İlham Məmmədzadə də var.
 

İlham Məmmədzadə Azərbaycan Kooperasiya Universitetindən məzun olub. 2010-2014-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb. Baku School of Public Realtions konsaltinq şirkətinin sahibidir. Mərkəzi ofisi Londonda yerləşən Beynəlxalq İctimaiyyətlə əlaqələr Assosiasiyasının (İPRA) rəsmi üzvü olan "Azərbaycan ictimaiyyətlə əlaqələr mütəxəssisləri Assosiasiyası”nın (APRA) təsisçisi və sədridir. (SalamNews)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top