Beyrut erməniləri İrəvana "qaçır" — Deputat XİN-dən kömək istədi

DÜNYA 05 avq 2020, 12:34

Bir gün əvvəl güclü partlayışın baş verdiyi Beyrutun (Livan) bir çox ermənisi tarixi vətənlərinə köçmək istədiklərini bildiriblər.

 

Demokrat.az xəbər verir ki, bu barədə çərşənbə günü “Facebook” səhifəsində  “Maariflənmiş Ermənistan” müxalifət fraksiyasının deputatı Anna Kostanyan bəyan edib.

 

“Bu anda bir çox tanış və tanış olmayan ermənilər Ermənistan hökumətindən xüsusi uçuşlarla İrəvana aparılmasını xahiş edirlər. Düşünürəm ki, hökumət və Xarici İşlər Nazirliyi Livan ermənilərinin mümkün qədər tez Ermənistana gətirilməsini birlikdə təşkil etməlidirlər” deyib.

 

O, ölkə rəhbərliyini dəstək və başsağlığı sözlərindən kənara çıxmağa çağırıb.

 

Qeyd edək ki, avqustun 4-də Beyrutdakı liman bölgəsində güclü partlayış baş verib. Son məlumatlara görə, partlayış nəticəsində 78 nəfər ölüb, 3,7 minə yaxın sakin yaralanıb.

 

Livan Ali Müdafiə Şurası Beyrutu fəlakət bölgəsi elan edib. (Konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top