Spiker: “Neftin qiymətinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib”

SOSİAL 05 avq 2020, 11:35

“Koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirləri, dünya bazarında neft qiymətlərinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib”.

 

Demokrat.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında Sədr Sahibə Qafarova deyib.
 

O bildirib ki, bununla əlaqədar Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsi ilə bağlı tapşırıq verib.

 
“Bununla əlaqədar layihələr Milli Məclisə daxil olub”, - deyə Milli Məclisin Sədri vurğulayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top