Vətəndaşın ac qalmasını arzulayan müxalifət: Düşmən içimizdə imiş — VİDEO

TƏHLİL 05 avq 2020, 11:11

Azərbaycanda koronavirus pandemiyasına qarşı tətbiq olunan karantin rejiminin ölkə iqtisadiyyatına və vətəndaşın şəxsi büdcəsinə zərəri oldu. Lakin dövlət iqtisadi itkilərə rəğmən, vətəndaşın sosial təminatını öz üzərinə götürdü, çünki məqsəd vətəndaşın sağlamlığının qorunmasıdır. 


Karantin rejiminin iqtisadi itkilərə və vətəndaşın sosial həyatına yaratdığı çətinliklərə sevinənlərin olması isə sadəcə acınacaqlı mənzərədir. Yəqin ki, heç kim bütün həyatımıza çətinlik yaradan bu pandemiyaya sevinmir və sevinənlərin olduğuna inanmır da.


Onda Milli Şuranın “zoom konfransı”nda diqqətlə baxın və necə insanlarla eyni havanı udduğumuzu görün:

 

Video formatda keçirilən konfransda sözə başlayan Gülətkin Hacıbəyli deyir: 


“Karantinə görə insanların narahatlığı artır. Karantin qaydalarının uzanmasından narahat olmağa dəyməz, məncə bu, bizə sərf edir. Bu qaydaların uzanması bizə birmənalı olaraq sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir. Buna sevinmək lazımdır”. 


İnsanlar əziyyət çəkir, dövlət iqtisadi itkilərlə üzləşir, bütün həyatımız çətinliklə üzləşib, bunlarsa sevinirlər. 


Gültəkin Hacıbəyli davam edir: “Əksinə, biz maraqlı olmalıyıq ki, karantin bir az da uzansın və əlimizə imkan düşsün ki, dövlətin yaxasına çökək, tələb edək ki, pul paylayın. Təbliğatımızı belə davam etdirək. Ona görə narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədir”.


Bunun bir açıqlaması var: şəxsi ambisiyalar naminə xalqın əzab çəkməsini, aclıqla üzləşməsini, sosial-iqtisadi sistemin dağılmasını arzulamaq.


Sual verə bilərsiniz: necə ola bilər ki, hər gün sosial şəbəkələrdə “xalqın haqqını müdafiə edən” kimi özünə əl qatan bu kəslər niyə vətəndaşın səfalətlə üzləşməsini sidq-ürəklə arzulayır, bu necə ola bilər?

 


Cavab sadədir, adında milli sözü olan anti-milli şuranın məqsədi hansı yolla olursa olsun, hakimiyyətə gəlməkdir və onlar bunun üçün şeytanla da bazarlığa gedər, Azərbaycan xalqına ölüm də arzulayar, lap dövlətin dağılmasında iştirak da edərlər. Təki, onların siyasi ambisiyaları təmin olunsun.


Bir müddət öncə bu qüvvələr neft qiymətinin 14 dollara düşməsinə görə bir-birini təbrik edirdilər. Hətta şuranın sədri Cəmil Həsənli təbriklərə qoşulmaqdan boyun qaçırırdı ki, “hələ son hədd deyil”. O gözləyirdi ki, neft qiyməti sıfırlanacaq, Azərbaycanın gəlirləri kəsiləcək, dövlət maaşları, sosial mavinətləri, pensiyaları ödəyə bilməyəcək və nəhayət onlar üçün “meydan” yaranacaq. Bu xəbis arzuları baş tutmadı.


İndi də koronavirusa ümid bağlayıblar. Ölkədə nə qədər yoluxma və ölüm halları olarsa, vətəndaşlar nə qədər evdə qalarlarsa və sosial vəziyyətləri pisləşərsə, dövlət nə qədər iqtisadi itkilərlə üzləşərlərsə, özlərinin də dediyi kimi, bu onların xeyrinədir. Bir-birinə təbriklər ünvanlayır, sevinir, bayram edirlər. Azərbaycanın inkişafı, vətəndaşın sosial vəziyyətinin yüksəlməsi, daha çox qazanması və daha yaxşı yaşaması bu anti-milli qüvvələr üçün yas deməkdir.


Xalqına maraqlarının təmin olunması üçün vasitə kimi baxan və vətəndaşlara pis gün arzulayan müxalifət yalnız bu ölkənin düşməni ola bilərlər...


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top