Sabiq deputat: “Pandemiya dura-dura hər şeyi bərpa etmək nə dərəcədə doğrudur?”

GÜNDƏM 05 avq 2020, 09:08

“Bəli, biz istəyirik ki, rayonlara yollar açılsın, toylara icazə verilsin, kafe-restoran, “Mall”lar işləsin, idman zalları, saunalar, hazırlıq kursları, bir sözlə hər yer bərpa olunsun. STOP. Bəs karonavirus bitibmi? Xeyr bitməyib, sadəcə uzun fasilədən sonra rəqəmlər bir balaca aşağı düşüb. Vəssəlam. Bəs pandemiya dura-dura hər şeyi bərpa etmək nə dərəcədə doğrudur? Bəs, bu neçə ay ərzində çəkilən əziyyət, xərc, verdiyimiz itkilər necə olsun?”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu deputat Etibar Hüseynov deyib.
 

E.Hüseynovun sözlərinə görə, bəlkə də Operativ Qərargahın yarandığı gündən bəri verdiyi biri-birindən əcaib, absurd qərarları olmasaydı, vəziyyət indikindən qat-qat yaxşı olardı: 


“Amma neyləməli.. Əslində yay aylarında insanları İstanbula deyil, əyalətlərə göndərmək lazım idi. Bununla həm xəstəliyin episentri Bakının yükü azalardı, həm də insanlarda bu qripə qarşı ən vacib element sayılan imunitet güclənərdi. Hamıya aydındır ki, payız-qış aylarında xəstəliklərin yayılmasi daha da intensivləşir. İndi Operativ Qərargahın verdiyi qərarlar sayəsində yaydan əzgin, süst, 4 divar arasında qalmaqdan taqətdən düşmüş, zəif imunitetli bir toplunun payız-qış aylarında nələrlə üzləşəcəyini təsəvvür edəndə... Allah millətimizi qorusun. Amma ruhdan düşmək, xəyal qırıqlığına uğramaq qəti yol verilməzdir. Bu xəstəliyin ən önəmli katalizatoru elə ruh düşgünlüyüdür. Ona görə də ilk növbədə özümüz-özümüzü qoruyaq dostlar! Artıq SMS məhdudiyyəti götürülüb. Çalışın ki təmiz havada çox olun, bol meyvə-tərəvəz, o cümlədən vitaminli qidalar qəbul edin. Dənizə gedin. Əminəm ki, tezliklə rayonlara gediş, o cümlədən yay kafe,restoran, çayxanalarının da açılışına icazə veriləcək. Lütfən, bir az da səbrli olaq, təmkinli davranaq. Bu neçə ay ərzində başda həkim və polislərimiz olmaqla bir çox insanımızın əziyyətini yerə vurmayaq. Qaydalara riayət edək, maska taxaq, məsafə gözləyək. Və... görək başımıza nə gəlir”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top