Ermənilər işğaldakı Azərbaycan torpaqlarında yenidən yanğınlar törətdi

HADİSƏ 04 avq 2020, 21:42

Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib.


APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan silahlı bölmələri Ağdamın işğal altında olan Qızılı Kəngərli kəndinin ərazisinə od vurub.


Yanğının miqyası getdikcə genişlənir. Dağ massivində baş verən yanğın cəbhəyanı bütün yaşayış məntəqələrindən müşahidə olunur.


Qeyd edək ki, işğalçı Ermənistan ordusu nəzarəti altında olan Azərbaycan ərazilərində mütəmadi yanğınlar törədir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top