İsmayıllıda sel yolları dağıtdı, Lahıca giriş bağlandı — VİDEO

HADİSƏ 04 avq 2020, 19:58

Güclü yağışlar nəticəsində İsmayıllı rayonuna sel gəlib.

 

Oxu.Az-ın məlumatına görə, yağan yağışlar bir sıra fəsadlar törədib. 

 

İsmayılı Rayon İcra Hakimiyyətinin birinci müavini Rövşən Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, yağan yağışlar zamanı yol təsərrüfatına ziyan dəyib:

 

“Qurbanəfəndi, Müdri, Yuxarı Cülyan kəndlərinin yolları sel sularından zərər çəkib. Lahıc kəndinə gedən yol isə gecə saatlarında uçquna görə bağlanıb. Bu gün yol təmizlənib”.

 

“Sel nəticəsində tikililərə ziyan dəyməyib”, - deyə o qeyd edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top