Fəttah Heydərov dəfn edildi — FOTOLAR

SOSİAL 04 avq 2020, 12:26

Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunub.

 

Demokrat.az xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, eləcə də Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Müdafiə və Sənaye naziri Mədət Quliyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun oğlu, Miqrasiya xidmətinin rəisi Seymur Talıbov iştirak edib.

 

Qeyd edək ki, 82 yaşında vəfat edən  F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.(unikal.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top