İran koronavirusdan ölənlərin sayını gizlədir? — İDDİA

DÜNYA 04 avq 2020, 11:56

COVID-19-un ən çox təsir etdiyi ölkələrdən biri olan İranda yoluxma ilə bağlı faktiki məlumatların ictimaiyyətdən gizlədildiyi iddia edilib.


BBC xəbər verir ki, virus səbəbindən ölənlərin həqiqi sayı açıqlanandan üçqat çoxdur.


Bu məlumat İran daxilində xəstəxanalara daxil olan xəstələrin məlumatlarına əsasən əldə edilib.


Bildirilir ki, rəsmi qeydlərə görə, iyunun 20-dən etibarən koronavisrusdan ölüm sayı 42 min olmasına baxmayaraq, İran Səhiyyə Nazirliyi bu rəqəmin 14 405 olduğunu deyir.


Nazirliyin açıqlamasında qeyd edilir ki, bu gün də daxil olmaqla, 17 405 nəfər koronavirusdan ölüb.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top