Ermənistanda kütləvi əsgər ölümləri yenidən araşdırılacaq

DÜNYA 04 avq 2020, 09:46

Ermənistanda qeyri-döyüş şəraitində həlak olmuş hərbi qulluqçuların cinayət işləri yenidən araşdırılacaq.


Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.


Qeyd edilir ki, baş nazir Nikol Paşinyanın qərarı ilə qeyri-döyüş şəraitində ölmüş və ya öldürülmüş hərbi qulluqçuların cinayət işlərinin öyrənilməsi üzrə işçi qrup yaradılacaq.


Xatırladaq ki, son aylar Ermənistanda qeyri-döyüş şəraitində həlak olmuş hərbi qulluqçuların valideynləri dəfələrlə etiraz aksiyası keçirərək övladlarının ölümü ilə bağlı cinayət işlərinin obyektiv araşdırılmamasına etiraz ediblər. Onlar hətta bir neçə dəfə Yerevan və digər şəhərlərdə yolları bağlayıblar. Məsələyə ölkənin Müdafiə naziri müdaxilə edib. O, aksiyaçılara cinayət işlərinin obyektiv araşdırılacağını söz verib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top