Deputat: "Kompüterin qabağında çimərlik paltarında dayanın, onlayn çimin"

SOSİAL 04 avq 2020, 00:23

"Dənizdə çimmək də onlayn olsun. Hər kəs internetə daxil olub, qeydiyyatdan keçsin. Səhifədə Xəzər dənizi, lap belə Sakit okean açılsın".


Demokrat.az-ın xəbərinə görə, bu cür kinayəli təklif Milli Məclisin deputatı Razi Nurullayev tərəfindən irəli sürülüb. 


"Vətəndaşlar gözlərini yumub dənizi canlandırsınlar, hesab etsinlər ki, dənizdə üzürlər, sonra da çıxıb qumda uzanırlar. Elə kompüterin qabağında çimərlik paltarında dayansınlar, günəşdən yanmamaq üçün krem də sürtsünlər bədənlərinə. Təəccüblənirsiniz? Niyə? Onlayn qurban kəsə bilirsiniz, onlayn çimə bilmirsiniz? Naşükür olmayın!" - R.Nurullayev qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top